HAQQIMIZDA

Şirkətin direktorunun müraciəti

Əziz dostlar!

Sizi "YUNI SERVIS" təmizlik şirkərinin saytında salamlayıram.

«Yuni Servis» şirkəti 2007-ci ildə təsis edilmişdir. Şirkət yaradıldığı gündən peşəkar təmizlik sahəsində xidmət göstərir və bu gün Azərbaycanın təmizlik xidməti bazarında aparıcı yerlərdən birini tutur.

Şirkət yüksək səviyyəli, kefiyyətli xidmətə və xidmət sektorunda brend ada malikdir.

«Yuni Servis» şirkəti – 1998-ci ildə Bakıda ilk dəfə Beynəlxalq Hava Limanında 24 saat kompleks təmizliyi təşkil edən şəxslərdən ibarət möhkəm kollektivdir.

Bu gün biz sənaye müəssisələrinə, ofislərə, banklara, mədəniyyət və idman mərkəzlərinə, ticarət müəssisələrinə, eləcə də villa, bağ evi, mənzil sahiblərinə xidmət göstəririk.

Peşəkar təmizliyin müasir texnologiyalarının, təmizlik avadanlığının və materialların istifadəsi ən keyfiyyətli xidmətin göstərilməsinə bizə imkan verir.

Peşəkar təmizlik üzrə xidmətlərdən başqa, ofis və müəssisələrin fəaliyyəti üçün zəruri olan bir sıra xidmətləri də təşkil edirik.

Sərt rəqabəti nəzərə alaraq, biz istehsalat xərclərimizi yenidən nəzərdən keçirmişik və bu gün Sizə baha olmayan qiymətləri təklif etməyə hazırıq. Bununla bərabər xidmətlərin keyfiyyəti və müştəriyə münasibət ən yüksək səviyyədə saxlanılacaq. Biz biznesə səmərəli yanaşmanın tərəfdarıyıq.

Bizə müraciət edin, hər vaxt Sizinlə görüşməyə, bizimlə əməkdaşlıq zamanı əldə edəcəyiniz imkanları müzakirə etməyə və Sizi məmnun edəcək təklifin verilməsinə hazırıq.


Hörmətlə, Rauf Manafov,
"YUNI SERVIS" şirkətinin direktoru.